“Turan Tovuz” 1/4 finalda!
- 17:00
- 29
Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyunda “Şahdağ Qusar” Premyer Liqa təmsilçisi “Turan Tovuz”la üz-üzə gəlib. Tovuzlular çətin qələbə sayəsində ilk 1/4 finalçı olublar.
Günün digər oyunu isə iki elita təmsilçisi – “Zirə” və “Neftçi” arasında keçiriləcək.
Mərhələnin qalan oyunları 3-4 dekabrda baş tutacaq.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr
“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: F.Camalov, 76 – A.Hüseynov, 4-pen. A.Souza, 64.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”, 15:00
Şahdağ Qusar: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov, 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 77. Orxan Fərəcov, 3. Məhərrəm Orucov, 71. Sənan Ağalarov, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 73. Ülvi Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 90. Joarlem Santos, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Baş məşqçi: Kurban Berdıyev.