
"Turan Tovuz" 1 manatlıq biletləri ləğv edib
- 14 Fev 2023 16:00
- 727
"Turan Tovuz"un ev oyunları zamanı əvvəllər 1 manatlıq biletlər də satışda olardı.
Lakin Rekord.az xəbər verir ki, artıq həmin biletlər satışdan yığışdırılıb və satışa yalnız 2 manatlıq biletlər çıxarılır.
İş ondadır ki, 1 manatlıq biletlər adətən əsas tribuna ilə üz-üzə olan və oyun izləmək üçün heç də uyğun olmayan tribunaya satılırdı. Həmin tribunanın əksər hissəsindən isə meydança görünmədiyi üçün ora bilet alan azarkeşlər də stadiona daxil olan kimi, 1 manatlıq biletlərlə əsas tribunaya daxil olurdular. Məhz bu halların qarşısını almaq istəyən "Turan Tovuz" rəhbərliyi satılşa yalnız 2 manatlıq biletlər çıxarmağa qərar verdilər.