Qadın voleybolçular arasında Azərbaycan çempinatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın 6-cı turu çərçivəsində iki görüş keçirilib.

İlk olaraq "Turan" klubu "Milli Aviasiya Akademiyası"nı qəbul edib. Tovuz olimpiya kompleksində baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb və "Turan" 2:0 hesabı ilə irəli keçib. Növbəti setdə isə qonaqlar ciddi müqavimət göstəriblər. Hissə uzatmaya qədər davam etsə də Tovuz təmsilçisi rəqibə bu dəfə də sevinməyə imkan verməyib və qarşılaşmadan quru hesablı ilə qalib ayrılıb.

Günün növbəti oyunu isə Bakıda baş tutub. AVF-nin idman zalında "Gənclər" və UNEC komandaları üz-üzə gəliblər. Görüş qonaqların tam üstünlüyü ilə keçib. UNEC bu matçda çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanıb.


Yüksək Liqa

11 dekabr

VI tur

   “Turan” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:11, 25:20, 28:26)

   “Gənclər” - UNEC 0:3 (6:25, 14:25, 10:25)