Qadın voleybolçuların Yüksək Liqasında növbəti finalçı müəyyənləşib. "Rekord.az" xəbər verir ki, Tovuz OİK-də keçirilən yarımfinal mərhələsinin cavab oyununda “Turan” komandası “Gəncə”ni qəbul edib.

İlk oyunda qalib gələn Tovuz təmsilçisi bu qarşılaşmada da üstün oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, hər iki görüşdə qələbə qazanan “Turan” finala vəsiqəni rəsmiləşdirib. “Gəncə” komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, mükafatlar uğrunda oyunlar aprelin 19-da GİN-in Voleybol Mərkəzində keçiriləcək. Həmin gün “Gəncə” və “Milli Aviasiya Akademiyası” bürünc medal üçün yarışacaqlar. “Turan” və “DH Volley” klubları isə finalda çempionu müəyyənləşdirəcəklər.


Yüksək Liqa

13 aprel

Yarımfinal (2-ci oyun)

   “Turan” – “Gəncə” 3:0 (25:18, 25:18, 25:18)