"Turan" ilk ev oyununda xal itirmədi
- 18:40
- 22
Bu gün qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib. "Rekord az" xəbər verir ki, IV tur çərçivəsində Tovuz təmsilçisi “Turan” klubu “DH Volley” komandasını qəbul edib.
Tovuz OİK-də təşkil olunan qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qonaq komanda ikinci seti aktivinə yazdırsa da bundan artığına gücü çatmayıb. Növbəti hissələrdə də qalib gələn "Turan" meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, IV turun son oyunu dekabrın 5-də “Gənclər” və “Gəncə” komandaları arasında keçiriləcək.
Yüksək Liqa (qadınlar)
IV tur
26 noyabr
“Turan” - “DH Volley” 3:1 (25:13, 20:25, 25:17, 25:23