Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kubokuna start verilib.

Rekord.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. 

Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) bürünc medal qazanıb. 

Beləliklə gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.