"Turan" baş məşqçi ilə müqaviləni yenilədi
- 15:37
- 44
Qadın voleybolçulardan ibarət "Turan" klubu baş məşqçi ilə yoluna davam edəcək. "Rekord.az" xəbər verir ki, komanda Ziya Rəcəbovla müqaviləni yeniləyib.
44 yaşlı mütəxəssis ən azı bir il də Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, ötən ilə yaradılan "Turan" klubu debüt ilindəcə Azərbaycan çempionu olub. Yeni mövsümdə isə ölkəmizi avrokubokda təmsil edəcək.