"Turan" Azərbaycan çempionu oldu
- 19 Apr 2026 18:05
- 203
Qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın finalında "Turan" və "DH Volley" komandaları üz-üzə gəliblər.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə Tovuz təmsilçisi 3:1 hesabı ilə qalib gəlib və Azərbaycan çempionatının qızıl medalına sahib çıxıb. "DH Volley" isə gümüş medalla kifayətlənib.
Yüksək Liqa (qadınlar)
19 aprel
Final
“Turan” - “DH Volley” 3:1 (15:25, 25:21, 25:19, 25:23)
#azerbaijan #azevolleyball #volleyball #yüksəkliqa #qızılmedal