Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 1:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Naft MİS” komandasının qonağı olacaq.

Hazırda 29 xal toplamış “Traktor” 16 kollektiv arasında 7-ci, 11 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.