
"Trabzonspor"dan İtaliyaya
- 21 Apr 2022 14:45
- 420
"Trabzonspor"un futbolçusu Tasos Bakasetas karyerasını İtaliyada davam etdirə bilər.
Rekord.az xəbər verir ki, yunan yarımmüdafiəçi ilə "Fiorentina" maraqlanır. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə A Seriyası təmsilçisinin yaxın zamanda futbolçunun meneceriylə görüşəcəyi bildirilib.
Bakasetasın adı daha əvvəl "Sportinq"lə hallanırdı.
28 yaşlı yarımmüdafiəçi "Trabzonspor"la bu mövsüm 36 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə edib.