Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində 10-12 yaşlı məktəblilər arasında "Şən startlar" əyləncəli idman oyunları keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil sektorunun əməkdaşları iştirak ediblər.

Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev iştirakçılar qarşısında çıxış edərək əyləncəli idman oyunlarının keçirilməsinin məqsədi barədə məlumat verib, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilində və fiziki cəhətdən sağlamlığında belə oyunların əhəmiyyətindən danışıbdır.Oyunda iştirak edən Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin və A.Qasımov adına Tovuz şəhər tam orta məktəbin komandaları əyləncəli idman nümunələri göstərərək iştirakçıların marağına səbəb olubdur. Sonda qalib komandalar diplom ilə təltif olunubdur.