
Tovuzda şahmat turniri keçirilib
- 04 İyn 2025 11:45
- 57
Tovuz Uşaq Gənclər İdman Şahmat Məktəbində Tovuz rayonu üzrə gənclər və idman sektoru, Tovuz rayonu üzrə təhsil sektoru və Tovuz Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən "28 May - Müstəqillik Günü"nə həsr olunmuş 8-16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə oğlanlar arasında l yerə Cahid Süleymanlı, ll yerə Turab Hüseynli, lll yerə Məhəmməd Zeynalov layiq görülüb.
Qızlar arasında isə l yerə Nabat Zeynalova, ll yerə Nihal Məhəmmədrzazadə və lll yerə Aysun Dünyamalıyeva layiq görülüb. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Yarışda 34 nəfər iştirak edib.