Tovuz Olimpiya İdman Kompleksində "Karate hamı üçün" devizi altında idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev idmançılar qarşısında çıxış edərək layihə haqqında məlumat verib karate idman növünün Tovuz rayonunda inkişafından, kütləviliyinə nail olunmasından, dövlətin idmançılara göstərdiyi diqqət və qayğıdan söz açıb.

Daha sonra tədbir məşqçi Alı İbrahimovun təlimatları əsasında davam etdirilib. Yekunda yarışlarda yüksək nəticələr göstərən idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.