Y.Sadıqov adına Bozalqanlı kənd tam orta mətəbində "Heydər Əliyev İli"nə həsr olunmuş 2008-2009-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında həndbol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev iştirakçılar qarşısında çıxış edərək yarışın məqsədi barədə məlumat verib , belə yarışların yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilində də mühüm rol oynadığını qeyd edibdir.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə Y.Sadıqov adına Bozalqanlı kənd tam orta mətəbin, ll yerə N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin və lll yerə isə N.Sadıqov adına Alakol kənd tam orta mətəbin komandası layiq görülübdür.Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.lll