
Tovuzda ehtiyat meydançanın uzadılması niyə yubanır?
- 06 Apr 2023 15:00
- 734
Xəbər verdiyimiz kimi, "Turan Tovuz" rəhbərliyi qapı arxasındakı süni örtüklü meydançanı bir qədər də uzatmaqla standardlara yaxınlaşdırmağa, bununla da ehtiyat meydança problemini qismən həll etməyi düşünür.
Lakin Rekord.az xəbər verir ki, bu proses obyektiv səbəbdən yubanır.
Səbəb isə quraşdrılacaq projektorlarla bağlıdır. Belə ki, Tovuz stadionundakı işıqlandırma sistemi 4 projektordan ibarət olacaq. Həmin projektor dirəklərindən biri də məhz qapı arxasındakı ehtiyat meydançanın yaxınlığında quraşdırılacaq. Klub rəhbərliyi də bu prosesin başa çatmasını gözləyir ki, dirəyin harada quraşdırılması müəyyənləşsin və ondan sonra onlar da baxsın görsün ki, meydançanı hansı məsafəyə qədər uzatmaq olar. Klub rəhbərliyi ümid edir ki, işıq dirəyi ilə ehtiyat meydança bir-birinə ciddi mane yaratmayacaq. Əks halda, meydançanı uzatmaq istəyi puç olacaq.