Tovuz rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat hamı üçün” devizi altında idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək layihə haqqında iştirakçılara məlumat veribdir.

Qeyd edib ki, şahmatın rayonumuzda inkişaf edən idman növlərindən biridir. Daha sonra idman tədbiri məşqçi-müəllim Rəfi Cəfərovun təlimatları əsasında davam etdirilib.