
Tovuz stadionundakı əks tribuna sökülə bilər
- 15 Fev 2023 14:00
- 814
"Turan Tovuz"u himayəsinə götürən "Huner Group" bir sıra ciddi işləri həyata keçirmək niyyətindədir.
Rekord.az xəbər verir ki, bu işlərin başında gələn məsələlərdən biri də stadionla bağlıdır.
Məlum olduğu kimi, əsas tribuna ilə əks tərəfdə yerləşən tribuna oyunları izləmək üçün əlverişli deyil. Meydança demək olar ki, görünmür və səbəbdən əksər oyunlarda həmin tribuna boş qalır. Yeni sponsor bu problemi də həll etmək istəyir. Əldə etdiyimiz məlumata görə, planda olan ilkin məsələ həmin tribunanın sökülməsidir. Söküləndən sonra yeni, oyunları izləmək üçün daha münasib tribunanın tikintisi planlaşdırılır.