Tovuz stadionunda bir sıra işlərə start verilib ki, onlardan biri də əsas tribuna ilə üzbəüz olan tribunadır. 

Rekord.az xəbər verir ki, hazırda həmin tribunadan oyun izləmək mümkün deyil.

Aşağı hissənin önünü ehtiyat oyunçular skamyası kəsir. Meydançanı normal görmək üçün gərək yuxarı qalxasan. Aşağı və orta sıralardan meydança görünmür. Əldə etdiyimiz məlumata görə, həmin tribunanın bir qədər önə çəkilməsi nəzərdə tutulub. Eyni zamanda, yerdə 3-4 kərpiç hündürə qaldırılacaq ki, aşağı və orta sıralarda oturanlar da normal şəkildə oyuna baxa bilsin.