Region Liqasında mübarizəni davam etdirən "Xan Lənkəran" heyətini gücləndirməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, Cənub təmsilçisi Madi Nfa Tiekoro Tounkara ilə danışıqlar aparır.

Malili futbolçu hazırda Bakıdadı. O, "Şamaxı"nın üzvü Sadio Tounkaranın qardaşıdı. Məsələ ilə bağlı futbolçunun özü ilə əlaqə saxladıq. O, qardaşının "Şamaxı" ilə danışıq apardığını təsdiqlədi:

"Bəli, qardaşım futbolçudu. Hazırda Azərbaycandadı. "Xan Lənkəran"la danışıq aparır. Hələ ki rəsmi nəsə yoxdu".

Qeyd edək ki, klubun prezidenti Pərviz Hüseynov da "instaqram"da izləyicilərinə açıqlama verərkən Madini transfer etmək istədiklərini bildirib. ("Futbol plus")