
“Tottenhem”dən daha bir tranfser
- 29 İyn 2023 10:40
- 310
"Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, London təmsilçisi "Lester"dən Ceyms Meddisonu heyətinə cəlb edib.
İngiltərə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transfer üçün londonluların "Lester"ə 46,3 milyon avro ödədiyini yazıb.
26 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm "Lester"də 32 oyuna çıxıb, 10 qol vurub, 9 qol ötürməsi edib.