"Tottenhem" heyətinə yeni futbolçu cəlb edib.

Rekord.az xəbər verir ki, London təmsilçisi "Sauthempton"dan danimarkalı futbolçu Pyer-Emil Heyberqi 20 milyon avroya transfer edib.

25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Sauthempton" isə "Tottenhem"in müdafiəçisi Kayl-Uolker Pitersi 15 milyon avro qarşılığında rənglərinə bağlayıb.