"Tottenhem" "Real"ın futbolçusu Qaret Beyli almağı nəzərdən keçirir.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçilərinin prezidentləri oyunçunun potensial keçidini müzakirə etmək üçün Madriddə bir araya gəliblər.

Mümkün variantlar kimi icarə sözləşməsi və ya mövsümün sonunda transfer göstərilir. Lakin "Tottenhem" sabiq hücumçusuna 30 milyon avrodan artıq pul ödəmək niyyətində deyil.

Uels millisinin hücumçusu ilə "Mançester Yunayted"in maraqlandığı bildirilir.

Bu mövsüm Qaret Beyl İspaniya La Liqasında 12 oyuna 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hazırda "Real Madrid" 20 matçdan 43 xalla 2-ci pillədə qərarlaşıb.