
"Torino" rusiyalı futbolçuya 12 milyon avro ödəməyə hazırdı
- 15 Fev 2023 19:00
- 705
"Torino" "Atalanta"dan Aleksey Mirançuku birdəfəlik istəyir.
Rekord.az "Sportmediaset"a istinadla xəbər verir ki, "Torino"nun baş məşqçisi İvan Yuriç futbolçunun komandada qalmasını istəyir.
Qeyd edək ki, 27 yaşlı rusiyalı futbolçu müqavilə ilə "Atalanta"ya məxsusdur və "Torino"da icarə əsasında oynayır. Onun tam hüquqlu transferi üçün 12 milyon avro ödəmək lazımdır.