Ukraynada başverənlər sahəsindən asılı olmayaraq bütün dünyanın əsas müzakirə mövzusudur.

Rekord.az xəbər verir ki, futbol ictimaiyyətinin tanınan şəxsləri də müxtəlif vasitələrlə Ukrayna xalqının yanında olduğunu göstərməyə çalışır.

Yerli futbolçularımız isə sanki kölgəyə çəkilib, susqun mövqe nümayiş etdirməyi məqsədə uyğun bilirlər.

Amma öz dəstəyini göstərənlər də yox deyil. Məsələn, "Qarabağ"ın yarımmüdafiəçisi Toral Bayramov kimi.

O, "instaqram" hesabından etdiyi paylaşımla Ukrayna xalqına öz mənəvi dəstəyini göstərmiş olub. O, üzərinə "Ukrayna üçün dua edin" yazısı olan Ukrayna bayrağını öz sosial hesabından paylaşıb.

Daha əvvəl isə onun komanda yoldaşı gürcüstanlı legioner Luka Quqeşaşvili eyni addımı atmışdı. Qolkiper etdiyi paylaşımla Ukraynanın yanında olduğunu bildirmişdi.