Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Rekord.az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib. Babayev bu göstərici ilə finala vəsiqə qazanmaq şansını itirib.

O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.