
Titov Türkiyə - Xorvatiya matçından bol qol gözləyir
- 28 Mar 2023 13:47
- 444
Rusiya millisinin və Moskva "Spartak"nın sabiq futbolçusu Yeqor Titov Avro-2024-ün bu gün keçiriləcək Türkiyə - Xorvariya matçı ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, "Reytinq Bukmeyker"ə danışan veteran futbolçu oyundan bol qol gözlədiyini bildirib: "Türkiyə Ermənistanda emosional qələbə qazandı. Xorvatiya isə evdə son dəqiqədə buraxılan qolla Uelslə 1:1 oynadı. Xorvatlar həmin xal itkisinin əvəzini çıxmaq üçün Türkiyədə qələbəyə oynayacaq. Türklər isə doğma publikanın dəstəyi ilə daha cəsarətli və daha aqressiv oynayacaqlar. Bir sözlə, bu oyundan bol qol gözləyirəm".