İspaniya Kuokunun cavab matçında səfərdə "Barselona"nı 4:0 məğlub edərək mərhələ adlayan Madrid "Real"nın qapıçısı Tibo Kurtua oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, "As"a açıqlamasında o, bunları deyib: "Superkubok matçında "Barselona"ya qarşı yaxşı oynamadıq. İspaniya kubokunun evdəki ilk matçında da həmçinin. La Liqa matçında da onlara məğlub ola bilərdik, amma uduzmadıq. Bu gün isə bizdə hər şey alındı. İkinci qolu vurandan sonra onlar qorxmağa başladı. Penalti isə bütün sualları aradan qaldırdı".