Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclası keçirilib. "Rekord.az" xəbər verir ki, burada bir sıra qərsrlar qəbul olunub.

 

Onların arasında Azərbaycan futbolunu yaxndan maraqlandıran bir məsələ də var. Belə ki, qurum gələn mövsümdən Superliqada bir komandada 1 (bir) azərbaycanlı futbolçu legioner sayılmayacaq və istənilən klub alaraq yerli statusunda oynada biləcək.