Bu gün İspaniyanın paytaxtı Madriddə dünya şahmat tacına İddiaçılar Turniri start götürür.

Rekord.az xəbər verir ki, yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edəcək.

Şahmatçımızın birinci turda rəqibi Fransanı təmsil edən Əlirza Firuzca olacaq.

Turun digər oyunlarında çinli Liren Dinq Yan Nepomnyaşi (FİDE), polşalı Yan-Kşıştof Duda macarıstanlı Riçard Rapport, ABŞ təmsilçisi Fabiano Karuana həmyerlisi Hikaru Nakamura ilə qarşılaşacaq.

Xatırladaq ki, 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmamışdı. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.