"Çelsi"nin sabiq müdafiəçisi Con Terri "Stemford Bric" stadionunun yaxınlığında dəbdəbəli mülk alıb. 

 

 

Rekord.az "The Sun"a istinadən xəbər verir ki, ev 38 yaşlı futbolçuya 4,35 milyon funt sterlinqə başa gəlib.

 

Maraqlıdır ki, Terri 2010-cu ildə qıza görə dalaşdığı Ueyn Briclə qonşu olub.

 

Terri 1998-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, İngiltərə çempionatında 498 oyunda 41 qol vurub.