Bir müddət bundan öncə futboldan getdiyini açıqlayan Tərlan Əhmədov qərarını dəyişib.

Rekord.az xəbər verir ki, təcrübəli məşqçi yenidən futbola qayıtmağa qərar verib.

Hətta dünən AFFA-nın 30 illik yubileyi ilə bağlı keçirilən tədbirdə iştirak da edib. Bizə çatan məlumata görə, AFFA-dan ona işlə bağlı vəd də verilib. Düzdür, konkret tarix və vəzifə haqda bir söz deyilməyib. Lakin deyilib ki, onu diqqətdə saxlayırlar və ən azı yayda çalışacaqlar ki, münasib işlə təmin olunsun.