
Tərlan Əhmədov illər sonra “Olimpik” – “Bakı” oyununu xatırladı: “Rəhbərlik elə qərar verdi, biz icraçı idik”
- 02 Mar 2022 14:00
- 722
İdman TV-də yayımlanan “Mərkəzi xətt” verilişində qonaq olan Tərlan Əhmədov maraqlı açıqlama ilə yadda qalıb.
Rekord.az xəbər verir ki, Qurban Qurbanovun “Marsel”lə oyundakı hərəkəti ilə bağlı müzakirə gedənz aman aparıcı Nurlan Hacıyev Əhmədova “karyeranızda buna bənzər hal olubmu?” sualını verib.
Əhmədov isə futbolçu olduğu dönəmdə “Olimpik” – “Bakı” matçında yaşanan olayı xatırladıb. Belə ki, həmin oyunda hesab 0:0 olarkən “Bakı”nın futbolçusu yerdə qalıb və “zolaqlılar” topu auta vurub. Bu isə o demək idi ki, topu autdan oyuna daxil edən “Olimpik” onu “Bakı”ya verməli idi. Lakin Mahir Şükürov topu autdan komanda yoldaşı Junivan Suaresə atıb, o isə topu “Bakı”nın qapısından keçirdib. Yekunda “Olimpik” qalib gəlib. Həmin vaxt “Olimpik”in kapitan sarğısını daşıyan Əhmədov 12-13 il əvvəl yaşanan olayı belə xatırlayıb: “Həmin vaxt biz futbolçular olaraq, topu “Bakı”ya verməyə hazır idik. Lakin klub rəhbərliyi buna icazə vermədi və dedi ki, topu özünüzdə saxlayın. Rəhbərlik o qərarı verəndən sonra onlar deyəni etməyə məcbur olduq. Çünki biz futbolçular icraçılarıq”.