Məlum olduğu kimi, "Kəpəz" klubu 2 aydır ki, futbolçuların maaşını ödəmir. Daha doğrusu, AFFA klubun hesabına aylıq ödənişləri köçürmədiyi üçün futbolçular maaş ala bilmir. Komandanın baş məşqçisi Tərlan Əhmədov da "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında məlumatı təsdiqlədi, hətta bəzi futbolçuların buna görə məşqdə çıxmaq istəmədiyini də etiraf etdi.

Rekord.az-a daxil olan məlumata görə, belə çətin durumda futbolçuların müəyyən ehtiyaclarını qarşılamaq üçün klubun idarə heyətinin sədri İlqar Nadiridən əlavə, Əhmədov özü də könüllü olaraq cibindən müəyyən qədər vəsait xərcləyib.

Baş məşqçinin komanda üçün xərclədiyi vəsaitin məbləği 4 min manata yaxındır.