
Tərlan Əhmədov: "Bu komandaya milli deyə bilmərəm”
- 28 Mar 2022 16:45
- 574
“Malta ilə oyunda komandamızda 12 milliləşdirilmiş futbolçu var idi. Bu oyunda millimizdə futbol adına heç nə görmədim”.
Rekord.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında millimizin sabiq kapitanı Tərlan Əhmədov yığmamızın Maltaya uduzduğu yoxlama oyunundan (0:1) danışarkən deyib.
15 il millimizin şərəfini qoruyan keçmiş müdafiəçi yığmamızın son illərdə göstərdiyi oyunu tənqid edib. O, komandanın məğlubiyyətlərinə görə utandığını bildirib: “Ümumiyylə, bu komandaya milli deyə bilmərəm. Çünki milli komandada milli futbolçu, milli ruh olmalıdır. Mən De Byazi yığmamıza baş məqşçi gələndən deyirəm ki, komandada milli ruh yoxdur.
Qələbəyə həsrət qaldığımıza görə utanırıq. Hərdən bizə deyirlər ki, sizin vaxtınızda da uduzurdu də milli. Deyirəm bizi qoyun qırağa. Biz elə vaxtda oynadıq ki, heç nə yox idi. Biz sadəcə futbolumuzun gələcəyi üçün mübarizə aparırdıq. Bu gün dövlət tərəfindən bütün qayğılar göstərilir. Stadionlar, olimpiya kompleksləri, komandaların təlim-məşq toplanışları, geyimləri, hər şeyləri var. Artıq nəyisə bəhanə gətirmək olmaz. İndi düzgün sistem qurulmalıdır. İlk növbədə regiondakı klublar bərpa olunmalıdır”.