Qış fasiləsindən sonra "Kəpəz"də yaxşı mənada özünü göstərən futbolçulardan biri də gənc müdafiəçi Abdulla Rzayevdi.

Rekord.az xəbər verir ki, Abdulla xüsusilə ötən tur "Qarabağ"la oyunda boş qapıdan çıxardığı topla yadda qalıb.

Əldə etdiyimiz məlumata görə, komandanın baş məşqçisi Tərlan Əhmədov da futbolçunun oyunundan razıdıdır və onun gələn mövsüm də komandada olmasını istəyir. Bunun üçün isə "Şamaxı" ilə danışıqlar aparılmalıdır, çünki Abdulla müqavilə ilə bu kluba məxsusdur və "Kəpəz"də icarə qaydasında çıxış edir. Əhmədov isə Şamaxı tərəfi ilə danışıq aparıb Rzayevin birdəfəlik transfer olunmasını istəyir.