“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün Slovakiyanın “Zemplin” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün, əvvəlki iki matçdan fərqli olaraq, daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq.

“Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi.

Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”.