
Tərlan Əhmədodan iki oyuna 4 xal tələbi ÖZƏL!
- 14 Fev 2023 11:00
- 565
Məlum olduğu kimi, dünən "Kəpəz"də klubdaxili iclas baş tutub.
Rekord.az xəbər verir ki, iclasda həm komandanın oyunu, son turlardakı nəticələr, həm də klub ətarfında yaranan xoşagəlməz olaylar müzakirə olunub.
Yekunda rəhbərlik baş məşqçi Tərlan Əhmədovla yola davam etməyə qərar verib. Lakin qarşıdan gələn "Şamaxı" və "Sumqayıt"la matçlardan minimum 4 xal götürülülməsi tələb kimi qoyulub.
Qeyd edək ki, "Kəpəz" növbəti turda "Şamaxı" ilə evdə, daha sonra isə "Sumqayıt"la səfərdə üz-üzə gələcək.