Tennisçilər Xaçmazda təlim-məşq toplanışındadır
- 24 Avq 2023 10:30
- 386
Xaçmaz Olimpiya İdman Kompleksində 2014-2015-ci il təvəllüdlü istedadlı stolüstü tennisçilərin növbəti təlim-məşq toplanışları keçirilir.
Rekord.az xəbər verir ki, təlim-məşqdə stolüstü tennis üzrə keçirilmiş yarışlarda I yeri tutan Şabran rayonundan Kamilov Həzrət və II yeri tutan Babayev Yunis iştirak edirlər.
Qeyd edək ki, təlim-məşq toplanışının əsas məqsədi istedadlı idmançıların hazırlıq səviyyəsinin artırılmasıdır.