Tennis federasiyası nə işlə məşğuldu? - Kort futbol meydançası kimi icarəyə verilir
- 12 Mar 2021 22:00
- 722
Bakıda 2009-cu ildən fəaliyyət göstərən tennis akademiyasında məşqlər yalnız ödənişli əsaslarla keçirilir.
Rekord.az xəbər verir ki, tennislə ciddi məşğul olmaq istəyənlər həm kortun icarə haqqını, həm də məşqçinin maaşını ödəmək məcburiyyətində qalırlar.
Tennis Federasiyası valideynlərin, idmançıların əlinə/cibinə baxırsa, bəs federasiyanın varlığına nə ehtiyac var ki? Məgər bu kommersiya məqsədli klubdur, yoxsa federasiya?
Azərbaycanda tennisə nəzarət edən qurum 12 ildir yaranıb. 12 il ərzində hansı müsbət nəticə əldə edilib? Belə bir nəticə yoxdur, olmayıb!
Federasiya ilk illərdə müxtəlif əcnəbi məşqçilərlə əməkdaşlıq edib, buna müəyyən qədər vəsait xərclənib, Azərbaycan tennisi nə qazanıb? Heçnə! Dövlətin idmanın inkişafı üçün ayırdığı pullar səmərəsiz xərclənib, havaya sovurulub.
Daha bir məqam - 12 illik federasiyasının hələ də rəsmi saytı yoxdur! Niyə?
Akademiyanın ərazisindəki kort həm də qapalı futbol meydançası kimi icarəyə verilir... (sportlife.az)