Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu beynəlxalq yarışda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamız Türkiyədə keçirilən VI Beynəlxalq Boğaziçi Voleybol Turnirində ilk oyununda "Qalatasaray" ilə qarşılaşıb.

Görüş rəqibin üstünlüyü ilə keçib. 3 set davam edən matçda voleybolçularımız quru hesablı məğlubiyyətə üzülüblər.

VI Boğaziçi Voleybol Turniri

I tur

"Qalatasaray" - "Azərreyl" 3:0 (25:15, 25:18, "25:17)