
“Təmkinli olmağa çalışıram” - Samir Abasov
- 2022-11-23 18:40
- 244
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları və mübarizəni dayandırdıqları oyunda sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizim işimiz qalan 4 oyuna hazırlaşıb, bacardığımız qədər yaxşı nəticə qazanmaqdır. Bugünkü sakitliyim məğlubiyyətlə barışmağım anlamına gəlmir. Heç vaxt da barışmayacağam. Sadəcə olaraq, bütün vəziyyəti anlayıb, səbrli və təmkinli olmağa çalışıram”.