Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində 10-17 Noyabr–Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçirilir.

Rekord.az xəbər verir ki, dünən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stolüstü tennis birinciliyi keçirilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa 28 tələbə qatılıb. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi mübarizədə Gültəkin Süleymanova (NMİ) və Nurəddin Həsənov (NDTK) birinci olublar.