Misli Premyer Liqasının XXII turu çərivəsində "Zirə" ilə üz-üzə gələcək "Səbail" oyun öncəsi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın təcrübəli futbolçuzuz Rahid Əmirquliyev ötən tur "Sabah"la oyunda qırmızı vərəqə aldığı üçün bu oyunda meydançaya çıxa bilməyəcək.

Qeyd edək ki, "Səbail" - "Zirə" matçı fevralın 12-i saat 15:00-da "ASCO Arena"da oynanılacaq.