Təbriz klubu yenə tək qolla sevindi
- 09 Fev 2023 10:16
- 464
Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Havadar”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 1:0.
“Traktor” 19 turdan sonra 32 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.