Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Aluminium Arak”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 0:0.

“Traktor” 20 turdan sonra 33 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.