Məlum olduğu kimi, UEFA 2023-cü il UEFA Superkubokunun keçiriləcəyi məkanı dəyişib.

Rekord.az xəbər verir ki, oyunun ev sahibliyi Rusiyanın Kazan şəhərindən alınaraq Yunanıstana verilib.

Taraıstanın idman naziri Vladimir Leonovun qərara münasibəti belə olub: "Biz ümid edirdik və inanırdık ki, bu oyun Kazanda keçiriləcək. Əlbəttə ki, bu, Kazan və Tatarıstan üçün möhtəşəm bayram olardı. Planlaşdırırdıq ki, Kazana Çempionlar Liqasının ən yaxşı komandası gələcək. Oyuna tam hazır olacağımızla bağlı zəmanət də vermişdik. Təəssüf ki, sanskiya öz işini gördü".