Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
- 18:23
- 28
Ölkənin qanuni lotereya təşkilatçısı və
idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici
qeydə alınıb. Çox sevilən tirajlı lotereya oyunu "4+4"-də cekpot ilk
dəfə 2 000 000 manatı keçib.
“4+4” oyununda 20 rəqəm arasından sevdiyiniz 8 rəqəmi
seçərək həyatınızı dəyişəcək cekpotu qazanmaq şansına nail ola bilərsiniz. Həftənin
2 və 5-ci günü saat 19:45-də keçirilən “4+4” tirajlı lotereyası “Xəzər” TV, eləcə
də “Azərlotereya”nın “Youtube” və “Telegram” kanallarında canlı yayımlanır.
“Azərlotereya” tarixində ilk dəfədir ki,
cekpot məbləği 2 000 000 manatı keçib. Tarixi uduşun sahibinin kim olacağı
böyük maraqla gözlənilir. Daha öncə “4+4” oyununda qazanılmış ən böyük cekpot məbləği
913 072 manat olub.
Cəmi 2 manata 2 000 000 manat qazanmaq
şansına sahib olmaq istəyənlər biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt”
şöbələri, “Misli” məntəqələri, Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər.