
Tanınmış məşqçi ət yeməklərindən imtina etdi
- 02 Apr 2022 14:22
- 470
"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann vegeterian olub.
Rekord.az xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama yayıb.
O ət yeməklərindən imtina etdiyini deyib:
"Mənim üçün bunun ən mühüm səbəbi heyvanların rifahıdır. Canlı məxluqları yeməkdən imtina etmək istəyirdim. İkinci mühüm səbəb ətraf mühitin qorunmasıdır. Mənim üçün bu, vacibdir. Hər kəs üçün vacib olmalıdır. Bu da məni ətdən və balıqdan imtina etməyə inandırdı”.