Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela peşəkar futbolçu karyerasını başa vurub.


Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu Yunanıstanın AEK klubundan ayrıldıqdan sonra “butslarını mıxdan asmaq” qərarı verib.


AEK-də ümumilikdə 31 oyun keçirən Lamela 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, bundan sonra məşqçiliyə başlayacaq və hazırda Matias Almeydanın rəhbərlik etdiyi “Sevilya”nın məşqçilər heyətinə qoşulacaq.


Lamela futbolçu karyerası ərzində “Roma”, “Tottenhem” və “River Pleyt” kimi klubların formasını geyinib. Argentina millisində isə 25 oyuna çıxaraq, 3 qol vurub.