
Tanınmış deputat: "Qurban Qurbanovun komandasını bir kənara qoysaq..."
- 24 İyl 2022 15:00
- 704
“Mən Qurban Qurbanovu çox istəyirəm, mərd insandır”.
Rekord.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov “Qarabağ” və onun baş məşqçisi Qurban Qurbanov haqda danışıb.
Tanınmış telejurnalist Ulvira Qarayevanın “yutub” kanalına qonaq olan millət vəkili futbol azarkeçi olduğunu bildirib: “Bakıda “Lex”i 5:1 udandan sonra “vatçap”da Qurban müəllimə yazdım, təbrik elədim. Ürək sözlərimi dedim, uğurlar arzuladım.Azərbaycanda azarkeşi olduğum yeganə komanda “Qarabağ”dır. “Qarabağ” başqadır, heş kimə bənzəmir. Amma onu da deməliyəm ki, Azərbaycan futbolu yaxşı vəziyyətdə deyil. Qurban Qurbanovun komandasını bir kənara qoysaq, futbolumuz nə gündədir. Qurban müəllim vətənpərvər və yaxşı insandır. Vaxtilə özüm də futbol və voleybol oynamışam. İdmana marağım böyükdür. Dünya futbolunda simpatiya bəslədiyim komandanın da “Barselona” olduğunu deyə bilərəm”.